Astarada dənizdə itkin düşən 36 yaşlı Masallı rayonunun Kosagül kənd sakininin axtarışları davam etdirilir.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, itkin şəxsin əmisi onun yaxınları ilə istirahət məqsədilə dənizə gəldiyini bildirib. Onlar sudan çıxarkən 36 yaşlı kişi “siz gedin, mən də gəlirəm” deyib. Lakin bir müddət sonra onun sahilə qayıtmadığı məlum olub.
Kişinin telefonu və paltarları sahildə aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onun batdığı ehtimal edilən istiqamətlərdə fasiləsiz axtarış aparırlar.
Daha ətraflı videoda izləyin:
Astara dənizdə itkin itkin düşən şəxs Masallı Kosagül kəndi FHN xilasedicilər axtarışlar
Mənbə: lent.az