IMG-LOGO

Onlarla ilanbalığı vaqonu ələ keçirdi - İnanılmaz GÖRÜNTÜLƏR

20 Aug 2026 12:13 2 baxış
IMG
1 0

Çində metroda sərnişinlərdən birinin əlindəki vedrə aşıb və canlı ilanbalıqları vaqona tökülüb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ilanbalıqları qısa müddətdə vaqonun müxtəlif hissələrinə yayılmağa başlayıb.

Baş verənləri ilk anda anlamayan sərnişinlər bir neçə saniyəlik çaşqınlıq yaşayıblar. Lakin daha sonra panikaya düşmək əvəzinə birlikdə hərəkət edərək ilanbalıqlarını toplamağa başlayıblar. Toplanan ilanbalıqları yenidən vedrəyə yerləşdirilərək sahibinə qaytarılıb.

Hadisə bir neçə dəqiqə ərzində həll olunub və metro qatarı səfərinə normal şəkildə davam edib. Vaqonda yaranan qeyri-adi mənzərə isə sərnişinlərin yaddaşında uzun müddət qalacaq görüntülər yaradıb.

Sizin brauzer video tagını dəstəkləmir. Çin Nankin şəhəri metro ilanbalığı vaqon video videolent

Mənbə: lent.az

Xəbər lenti