İranın yeni ali lideri Müctəba Xamenei ölkənin kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətibin ölümü ilə əlaqədar başsağlığı verib.
"Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Kəşfiyyat naziri və təcrübəli müharibə veteranı İsmayıl Xətibin ölümü ilə əlaqədar başsağlığı verirəm", - paylaşımda qeyd olunub.
O qeyd edib ki, itkinin yeri qurum əməkdaşlarının ikiqat səyləri ilə doldurulmalıdır. M.Xameneinin sözlərinə görə, ölkənin təhlükəsizliyini təmin etmək, daxili və xarici təhdidlərə qarşı durmaq lazımdır.
Qeyd edək ki, martın 18-də İsrailin müdafiə naziri İsrael Kats İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətibin öldürüldüyünü açıqlayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.