IMG-LOGO

Finlandiyada kabel qalmaqalına görə azərbaycanlı dənizçiyə HÖKM OXUNDU

05 Nov 2026 15:55 2 baxış
IMG
2 0

Finlandiya körfəzində sualtı kabellərin zədələnməsi ilə bağlı cinayət işi üzrə Azərbaycan vətəndaşı olan dənizçi həbs cəzasına məhkum edilib.

Lent.az xəbər verir ki, Azərbaycan vətəndaşı olan bosmana 2 il 10 ay həbs cəzası verilib.

Finlandiya körfəzində kabellərin zədələnməsində təqsirləndirilən “Fitburg” yük gəmisinin rusiyalı kapitanı Andrey Maksimenko isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Finlandiya prokurorluğu hadisə ilə əlaqədar hər iki dənizçiyə ittiham irəli sürüb. Dövlət ittihamçısı kapitan üçün azı 2 il 6 ay həbs cəzası tələb edib.

Məhkəmə iclasında Andrey Maksimenko ittihamları rədd edərək gəminin limandan çıxmasından əvvəl və hərəkəti zamanı heç bir qəsdən və ya səhlənkarlıq nəticəsində qanunazidd hərəkətə yol vermədiyini bildirib.

Azərbaycanlı bosman da özünü təqsirli bilməyib.

Kapitanın vəkili isə daha əvvəl Finlandiyanın bu işə baxmaq səlahiyyətinin olmadığını iddia edib. Müdafiə tərəfinin mövqeyinə görə, beynəlxalq dəniz hüququna əsasən, işə gəminin bayrağı altında üzdüyü ölkədə və ya şübhəli şəxsin vətəndaşı olduğu dövlətdə baxılmalıdır.

Hadisələr məhkəmə işləri məhkəmə qərarları cinayət işləri dünyadan xəbərlər azərbaycanlı azərbaycanlı dənizçi

Mənbə: lent.az

Xəbər lenti