IMG-LOGO

Azərbaycanda 10 ayda vergi daxilolmaları 16 milyard manatdan çox olub

05 Nov 2026 14:58 3 baxış
IMG

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 65,2 milyon manat vergi daxil olub.

"Report" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 %, proqnozdan isə 8,6 % çoxdur.

10 aylıq vergi daxilolmalarının 11 milyard 776,4 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,1 %, proqnozdan isə 2,6 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.

Mənbə: report.az

Xəbər lenti