IMG-LOGO

Futbol tarixində İLK: bir oyunda 53 nəfərə qırmızı vərəqə verildi - VİDEO

05 Nov 2026 14:01 2 baxış
IMG
0 0

Braziliyada 20 yaşadək futbolçular arasında keçirilən “Uberlandiya” – “Mamore” qarşılaşmasında qeyri-adi hadisə baş verib.

Lent.az xəbər verir ki, qarşılaşmanın 54-cü dəqiqəsində futbolçular arasında başlayan mübahisə qısa müddətdə kütləvi davaya çevrilib.

Braziliya mətbuatının məlumatına görə, meydanda başlayan qarşıdurmaya hər iki komandanın futbolçuları ilə yanaşı, məşqçilər heyətinin üzvləri də qoşulublar.

Hadisələrdən sonra verilən qırmızı vərəqələrin sayı futbol ictimaiyyətində təəccüb doğurub.

Belə ki, qarşıdurmada iştirak edən 43 futbolçu, 8 məşqçi və 2 klub rəsmisi olmaqla, ümumilikdə 53 nəfərin meydandan kənarlaşdırıldığı bildirilib.

Futbol meydanlarında nadir hallarda rast gəlinən bu hadisə qarşılaşmanın idman nəticəsini kölgədə qoyub.

Sizin brauzer video tagını dəstəkləmir. İdman xəbərləri video videolent

Mənbə: lent.az

Xəbər lenti