IMG-LOGO

Elnur Musayev: "Akvakultura təsərrüfatları bir sıra texnikalar üzrə güzəştdən yararlanacaq"

05 Nov 2026 15:57 2 baxış
IMG

Azərbaycanda növbəti aylardan balıqçılıq və akvakultura təsərrüfatları bir sıra texnikalar üzrə güzəştdən yararlanmaq imkanı əldə edəcəklər.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədr müavini Elnur Musayev Bakıda keçirilən I Akvakultura Forumu çərçivəsində panel müzakirələrdə deyib.

Onun sözlərinə görə, güzəşt siyahısında balıqçılıq və akvakultura təsərrüfatlarında istifadə olunan bəzi texnikalar artıq müvafiq icra qrupunda müzakirə edilib: "Güzəşt mexanizminə gəlincə, fermer azı 20 % ilkin ödəniş etməlidir. Texnikanın gömrük bəyannaməsi dəyərinin 40 %-i dövlət tərəfindən əvəzsiz güzəşt olaraq fermerə və yaxud təchizatçıya təqdim edilir. Digər 40 % üçün isə fermer faizsiz kreditdən faydalana bilər. Yəni fermerin ödəyəcəyi faizi dövlət öz öhdəsinə götürür. Düşünürük ki, bu, sahənin inkişafında və müasir texnoloji avadanlıqlardan yararlanmağın təşviq edilməsində çox vacib bir alət olacaqdır".

E.Musayev bu sahəyə aid texnikalar haqqında məlumat verib: "Buraya su keyfiyyəti və dövriyyəsi sistemləri (RAS sistemləri dediyimiz), hovuz aeratorları və oksigen generatorları, baraban (drum) filtrlər, protein skimmerləri və deqazasiya modulları, su dövriyyəsi nasosları, hissəciklər və sensorlar, ozon və kimyəvi filtrli dezinfeksiya sistemləri, ultrabənövşəyi sterilizatorlar, bioloji filtrasiya üçün yükləmə materialları, dəniz və göl akvakulturasında torlar, çərçivələr və konstruksiyalarla birlikdə üzən qəfəs sistemləri, yemləmə və çoxalma üçün stasionar yem paylayıcıları daxildir. Sifət çənləri və kürü yetişdirilmə qabları, canlı balıq daşınmasında mal avadanlıqları və sair də bu siyahıdadır. Bu məsələlər müvafiq icra qrupunda artıq müzakirə edilib. Düşünürük ki, ciddi dəyişiklik olmadan bu siyahı təsdiqlənəcək və gələn il yanvarın 1-dən etibarən fermerlərimiz bu avadanlıqlara şamil olunacaq güzəştlərdən faydalana biləcəklər. Üstəlik, bu avadanlıqlar mütəmadi olaraq yenilənə bilir".

Mənbə: report.az

Xəbər lenti