IMG-LOGO

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

05 Nov 2026 14:59 3 baxış
IMG
0 0

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici “iPhone 17”də qeydə alınıb 1,49 Vt/kq. “iPhone 16e” isə 1,48 Vt/kq nəticə ilə onu izləyib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər Almaniyanın Radiasiyadan Mühafizə üzrə Federal İdarəsinin məlumatlarını təhlil edərək reytinq hazırlayıblar. Müqayisə eyni istehsalçının modelləri arasında belə ciddi fərqlərin olduğunu göstərib.

Samsung modelləri arasında böyük fərq

“Samsung Galaxy Z Fold7”nin baş nahiyəsi üzrə xüsusi udulma əmsalı SAR göstəricisi 1,40 Vt/kq olub. Bu, 0,38 Vt/kq nəticə göstərən “Galaxy A16 5G” ilə müqayisədə təxminən 3,7 dəfə yüksəkdir.

“Galaxy S26”da göstərici 1,21 Vt/kq təşkil edib. “Xiaomi Poco X7 Pro” və “Xiaomi 17” modellərinin hər ikisində 1,00 Vt/kq nəticə qeydə alınıb. “Google Pixel 9” və “Pixel 10” da eyni göstəriciyə malik olub — 0,99 Vt/kq.

“Motorola” modelləri arasında “Edge 60” 0,95 Vt/kq, “Moto G85 5G” 0,91 Vt/kq, qatlanan “Razr 60” isə 0,84 Vt/kq nəticə göstərib.

Digər “Samsung” modellərində rəqəmlər daha aşağı olub. “Galaxy Z Flip7”də 0,69 Vt/kq, “Galaxy A56”da 0,61 Vt/kq, “Galaxy A26”da isə 0,41 Vt/kq qeydə alınıb. Müqayisə edilən modellər arasında ən aşağı göstərici “Galaxy A16 5G”yə məxsus olub.

Bədənə yaxın ölçmələrdə nəticələr dəyişir

Telefon baş nahiyəsində deyil, bədənə yaxın məsafədə sınaqdan keçirildikdə nəticələr fərqlənir. Təqdim olunan məlumatlarda bu ölçmələr cihazdan 0,5 santimetr məsafədə aparılıb.

“Google Pixel 9”un bədən üzrə SAR göstəricisi 1,40 Vt/kq, “Pixel 10”un isə 1,39 Vt/kq olub. “iPhone 17” və “iPhone 16e” modellərinin hər ikisində 1,49 Vt/kq qeydə alınıb.

“Motorola Moto G85”də göstərici 1,36 Vt/kq, “Samsung Galaxy Z Fold7”də 1,24 Vt/kq, “Motorola Edge 60”da 1,22 Vt/kq təşkil edib. “Galaxy Z Flip7” 1,21 Vt/kq, “Galaxy S26” isə 1,10 Vt/kq nəticə göstərib.

“Galaxy A56”da 1,05 Vt/kq, “Poco X7 Pro”da 1,00 Vt/kq, “Xiaomi 17”də 0,99 Vt/kq, “Galaxy A26”da 0,96 Vt/kq, “Galaxy A16”da isə 0,94 Vt/kq qeydə alınıb.

Yüksək SAR göstəricisi təhlükə deməkdirmi?

Materialda vurğulanır ki, SAR göstəricisi telefonun gündəlik istifadəsi zamanı insanın məruz qaldığı faktiki təsiri əks etdirmir və təkbaşına cihazın təhlükəli olduğunu göstərmir. Bu əmsal laboratoriya şəraitində radiotezlik enerjisinin maksimum udulmasını ölçür. Nəticəyə antenaların quruluşu və istifadə olunan tezliklər də təsir edir.

Telefonların yaydığı radiodalğalar ionlaşdırıcı olmayan şüalanmaya aiddir. Rentgen şüalarından fərqli olaraq, onların enerjisi DNT-ni birbaşa zədələmək üçün kifayət etmir.

telefon iPhone Samsung Xiaomi

Mənbə: lent.az

Xəbər lenti