Hörmüz boğazında tanker dəniz minasına düşdükdən sonra yanıb.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
İran tərəfi iddia edib ki, gəmi boğazdan keçid qaydalarını pozub, onun şərq hissəsindəki təhlükəli zonada olub, eləcə də aşkarlama və naviqasiya sistemlərini söndürüb.
"Gəmi sahiblərinə bir daha xəbərdarlıq edirik ki, Hörmüz boğazı təhlükəsiz deyil və əvvəlcədən razılaşdırmadan oradan keçməyə cəhd edən gəmilər üçün bağlıdır", - bəyanatda bildirilir.
Mənbə: report.az