IMG-LOGO

ABŞ-nin Azərbaycandakı səfirliyi martın 25-dək bağlı olacaq

19 Mar 2026 18:47 4 baxış
IMG

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən 24-dək bağlı olacaq və martın 25-də açılacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X"dəki hesabında məlumat yayılıb.

"Əgər siz ABŞ vətəndaşısınızsa və bu müddət ərzində köməyə ehtiyacınız varsa, zəhmət olmasa, +994 12 488 33 00 nömrəsinə zəng edin",- məlumatda bildirilib:

"Konsulluq barədə məlumat əldə etmək və ya Yaxın Şərqdəki amerikalılara yardım üçün Dövlət Departamentinin 24 saatlıq əməliyyat qrupuna +1-202-501-4444 (xaricdən) və 1-888-407-4747 (ABŞ-dən) nömrələri vasitəsilə zəng edin".

Xəbər lenti