IMG-LOGO

Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

05 Nov 2026 15:51 2 baxış
IMG
1 0

"Azərbaycanda ilk dəfə olaraq dəniz milli parkı yaradılacaq".

Lent.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev I Akvakultura Forumu çərçivəsində panel müzakirələrdə açıqlayıb.

Onun sözlərinə görə, artıq dəniz milli parkının yaradılması ilə bağlı işlərə başlanılıb və xəritələşmə işləri yekunlaşıb:

"Ölkənin ən kiçik milli parkı Bakı şəhərinə yaxın yerləşən, 700 hektar ərazini əhatə edən Abşeron Milli Parkıdır. Artıq ölkədə ilk dəniz milli parkının yaradılması ilə bağlı işlərə başlamışıq. Xəritələşmə işlərini yekunlaşdırmışıq. Dəniz akvatoriyası da milli parka daxil olacaq. Həmin akvatoriyada mühafizənin təmin olunması üçün reydlərin keçirilməsi və qanunsuz balıq ovunun qarşısının alınması istiqamətində tədbirlər görüləcək. Fəaliyyətin əsas istiqamətlərindən biri xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və ekosistemlərin təbii vəziyyətdə qorunmasıdır".

sosial xəbərlər dəniz milli parkı

Mənbə: lent.az

Xəbər lenti