Azərbaycan, Türkiyə və Qazaxıstanın Meksikadakı səfirliklərinin, Mexiko şəhərində yerləşən Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Meksikanın paytaxtında konsert proqramı keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin "X"dəki hesabında məlumat yayılıb.
Bildirilib ki, baharın gəlişini və yeni ilin başlanğıcını simvolizə edən Novruz bayramı münasibətilə Mexiko şəhərində baş tutan konsertdə orada yaşayan həmyerlimiz Nana Babayevanın rəhbərlik etdiyi ansambl, həmçinin Türk Dünyası Rəqs və Musiqi Ansamblı tərəfindən Azərbaycan, Türkiyə, Qazaxıstan və Meksika bəstəkarlarının repertuarından tanınmış musiqi parçaları ifa olunub.