IMG-LOGO

Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək

19 Mar 2026 19:03 4 baxış
IMG

Azərbaycanın İtaliyadakı səfirliyi Ramazan bayramı və Novruz bayramı münasibəti ilə 20-30 mart 2026-cı il tarixlərində ölkəmizdə ardıcıl 11 günün qeyri-iş günü olması ilə əlaqədar konsulluq xidmətləri göstərməyəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin "X"dəki hesabında məlumat yayılıb.

"Bayram günlərində yaranacaq təcili məsələlər ilə əlaqədar [email protected]; [email protected] elektron poçt ünvanları vasitəsilə əlaqə saxlaya bilərsiniz.",- məlumatda bildirilib.

Xəbər lenti