Kreml ümid edir ki, Rusiya-ABŞ-Ukraynanın üçtərəfli danışıqlarının növbəti raundu hər üç tərəfin, ilk növbədə isə ABŞ-nin cədvəlləri razılaşdırılan kimi keçiriləcək.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, məlum səbəblərə görə yaranmış situativ fasilədir. Buna görə də imkan yaranan kimi hər üç tərəfin, ilk növbədə isə amerikalı vasitəçilərimizin cədvəlləri razılaşdırılan kim, onlar Ukrayna məsələlərinə daha çox diqqət ayıra biləndə, ümid edirik ki, bu fasiləyə son qoyulacaq və biz üçtərəfli danışıqların növbəti raundunu keçirə biləcəyik", - o deyib.
O, Vaşinqtonun vasitəçiliyi ilə Moskva və Kiyev arasında danışıqlar prosesindəki fasilənin nə qədər davam edə biləcəyi barədə suala belə cavab verib.