Livanda İsrailin hərbi əməliyyatları nəticəsində məcburi köçkünlərin sayı artır - son bir sutka ərzində 100 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.
"Report"un məlumatına görə, bu barədə "Al-Jazeera" telekanalı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Livandakı nümayəndəsi Karolina Lindholm Billinqə istinadən xəbər verir.
"Bu günə olan məlumata görə, Livanda 667 mindən çox insan hökumətin onlayn platformasında köçürülmüş şəxs kimi qeydiyyatdan keçib - və bu, cəmi bir gün ərzində 100 min nəfər artıb", - Billinq bildirib.
O əlavə edib ki, bu məlumatlar "Hizbullah" qruplaşması ilə İsrail arasında əvvəlki münaqişənin baş verdiyi 2024-cü illə müqayisədə "əhalinin köçürülməsinin sürətli tempini" göstərir.