Rusiyanın paytaxtı Moskvada Federal Təhlükəsizlik Xidmətinin general-mayoru İqor Laptev ölü tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 83 yaşlı İqor Laptevin meyiti yaşadığı mənzildə aşkarlanıb. İlkin məlumata görə, o, intihar edib. Hadisənin səbəbləri hələlik məlum deyil.
Laptev Əfqanıstan müharibəsinin iştirakçısı olub. O, 1990-cı illərdə FTX-də xidmət edib, daha sonra isə Rusiyanın vergilər və rüsumlar nazirinin müavini vəzifəsini tutub.
Hadisələr İqor Laptev Rusiya FSB Moskva general-mayor Əfqanıstan müharibəsiMənbə: lent.az