Bakıda dəmiryolu stansiyasının ərazisindən çürümüş meyit tapılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə ərazisindəki dəmiryolu stansiyasının yaxınlığında naməlum kişi meyiti tapılıb. Meyitin təxminən 50 yaşlarında şəxsə məxsus olduğu bildirilir.
Məlumata görə, həmin şəxsin 1 ay əvvəl öldüyü ehtimal edilir. Buna görə də meyitdə çürümə prosesi gedib və pis qoxu olub. Ərazidə meyiti tapanlar dərhal bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Hadisələr meyit ölüm çürümüş meyit Sabunçu rayonu dəmiryolu stansiyası kriminal xəbərlər naməlum meyitMənbə: lent.az