IMG-LOGO

Məhsulu müştəriyə 20 qəpik baha satan aptek CƏRİMƏLƏNDİ

21 Aug 2026 14:48 3 baxış
IMG
1 0

Biləsuvarda müştəriyə məhsulu baha satan apteklər şəbəkəsi cərimələnib.

Lent.az-ın xəbərinə görə, hadisə şəhərin H. Əliyev küçəsindəki “Buta” aptekdə qeydə alınıb.

Qiyməti üzərində 25 manat 90 qəpik göstərilən “Zintox N20” adlı qida əlavəsi müştəriyə 20 qəpik baha, 26 manat 10 qəpiyə satılıb. Həmin alıcı da ona verilən çekin fotosunu çəkərək Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərib. Aparılan araşdırma zamanı fakt öz təsdiqini tapıb.

“Buta” apteklər şəbəkəsinin qanuni nümayəndəsi məhkəməyə müraciətində iclasda iştirak etməyəcəklərini bildirərək, barələrində yüngül cərimə cəzası verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə “Buta” apteklər şəbəkəsi 4000 manat məbləğində inzibati qaydada cərimələnib.

Hadisələr məhkəmə işləri cərimə məhkəmə qərarları antiinhisar xidməti apteklər Buta aptek inzibati işlər

Mənbə: lent.az

Xəbər lenti