Martın 18-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Naftalan şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a agentlikdən bildirilib.
Məlumata əsasən, qəbulda Naftalan və Goranboy rayonunun sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar 10-12 mart tarixlərində Agentliyə rəsmi şəkildə [email protected] elektron ünvanı və ya poçt vasitəsilə müraciət edərək, həmçinin (012) 599-79-75 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.