İsveç hökuməti Ukraynada qadınların dəstəklənməsinə yönəlmiş proqramlar üçün 71 milyon İsveç kronundan (7,8 milyon dollar) çox vəsait ayıracaq.
"Report"un məlumatına görə, bu barədə İsveç hökuməti məlumat verib.
Məlumatda qeyd olunur ki, qadınlar həssas qrup olaraq qalır, lakin eyni zamanda Ukrayna mülki əhalisinin dayanıqlığının təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan İsveç hökuməti Ukraynada qadınların və qızların dəstəklənməsi tədbirlərinə 71 milyon İsveç kronundan çox vəsait ayırır.
Qeyd olunur ki, vəsaitlər humanitar fəaliyyətə diqqət yetirilməklə BMT Əhali Fondu və BMT-nin Gender Bərabərliyi və Qadınların İmkanlarının Genişləndirilməsi Qurumu (BMT-Qadınlar) arasında bölüşdürüləcək.
"BMT Əhali Fondu və BMT-Qadınlar təşkilatı ilə sıx əməkdaşlıq sayəsində İsveç qadınların və qızların hüquqlarının möhkəmləndirilməsinə və qorunmasına kömək edir", - bəyanatda deyilir.