IMG-LOGO

Ruslan Paşayev: "Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır"

10 Mar 2026 11:21 5 baxış
IMG

Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Avropa və dünya çempionatında qızıl medal qazanmağı hədəfləyir.

25 yaşlı idmançı bu barədə "Report"a açıqlama verib.

Avstriyanın Linz şəhərində keçirilən Qran-Pridə çempion olan cüdoçu növbəti yarışlara kökləndiklərini söyləyib:

"Hazırda Çexiyada təlim-məşq toplanışındayıq. Bu il üçün əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır. Həmin yarışdan əvvəl isə Avropa çempionatı təşkil olunacaq. Orada da çempion olmaq üçün əlimdən gələni edəcəyəm".

R.Paşayev Linz şəhərində təşkil olunmuş turnirin yaxşı keçdiyini sözlərinə əlavə edib:

"Yarışa güclü rəqiblər qatılmışdı. Final qarşılaşması mənim üçün bir az ağır oldu. Amma həmin görüşdə də qalib gələ bildim və qızıl medala sahib çıxdım".

Xatırladaq ki, Qran-Pridə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən Azərbaycan millisi 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.

Xəbər lenti