Türkiyəli məşhur aktyor Emre Altuğ bu sözləri ilə diqqət çəkib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İbrahim Selim-in YouTube proqramına qonaq olan sənətçi belə deyib:
“Deyə bilərəm ki, yaraşıqlılığım aktyorluqda bəzən mənə mane olub. Vaxtilə oynamaq istədiyim bir çox rolları itirmişəm".
2006-cı ildə çəkilmiş Eve Giden Yol filmində pis obrazı canlandırmalı olduğunu bildirən Altuğ sözlərinə belə davam edib:
“Prodüser "Səndən olmaz" dedi. Özümü çirkin göstərmək üçün çox çalışdım və sonda onu razı sala bildim. Amma təəssüf ki, hər kəsi razı salmaq mümkün olmur".
Maqazin Şou xəbərlər Emre Altuğ