IMG-LOGO

Yanvarda Bakıda ticarət dövriyyəsi 4 %-dən çox artıb

10 Mar 2026 10:40 6 baxış
IMG

Bu ilin yanvar ayında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 3 milyard 221,4 milyon manat olub.

Bu barədə "Report"a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,3 % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,6 % artaraq 1 milyard 781,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,8 % artaraq 1 milyard 439,6 milyon manat olub.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,6 % azalıb, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 7 % artıb.

İstehlak məhsullarının 33,6 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 58 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq, o cümlədən 2,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.

Xəbər lenti