IMG-LOGO

Bakıda yanvarda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb

10 Mar 2026 10:50 8 baxış
IMG

Bu ilin yanvar ayında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 93,5 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Bu barədə "Report"a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar ayə ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 75,7 %-ini inşaat, yenidənqurma və bərpa, 10,9 %-ini əsaslı təmir, 7,9 %-ini cari təmir, 5,5 %-ini isə sair tikinti işləri təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 73,1 %-ini inşa, yenidənqurma və bərpa, 11,2 %-ini əsaslı təmir, 9,5 %-ini cari təmir, 6,2 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 92,2 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.

Xəbər lenti