IMG-LOGO

Rusiya ordusu Dnepropetrovsk vilayətinə hücum edib: xəsarət alanlar var

10 Mar 2026 10:55 9 baxış
IMG

Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinə hücum edib, nəticədə 10 nəfər xəsarət alıb.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Qanja öz Telegram kanalında məlumat verib.

"Rusiya vilayətin üç rayonuna pilotsuz uçuş aparatları və artilleriya ilə hücum edib. Dneprdə inzibati bina, çoxmərtəbəli evlər və avtomobilə ziyan dəyib. 10 nəfər xəsarət alıb, bir qadın xəstəxanaya yerləşdirilib. Dnepr rayonunun Sursko-Litovskoe icmasında fərdi ev dağıdılıb. Novoaleksandrovskaya icmasında yanğın baş verib", - o yazıb.

Xəbər lenti