IMG-LOGO

Hindistan 36 gəmisinin Hörmüz boğazından təhlükəsiz çıxarılması üçün variantlar axtarır

10 Mar 2026 11:01 8 baxış
IMG

Hindistan hökuməti Yaxın Şərqdə davam edən gərginlik fonunda Hindistan bayrağı altında üzən 36 gəminin Hörmüz boğazından təhlükəsiz şəkildə çıxarılması üçün variantlar axtarır.

"Report" xəbər verir ki, bu barədə "The Hindustan Times" nəşri mənbələrə istinadən yazır.

Bildirilir ki, vəziyyəti nəzərə alaraq bütün Hindistan gəmiləri gücləndirilmiş təhlükəsizlik protokollarına riayət edirlər.

Həmçinin, qeyd olunur ki, gəmilər hazırda təhlükəsiz vəziyyətdədir və kifayət qədər ərzaq ehtiyatına malikdir.

Xəbər lenti