IMG-LOGO

Jalə Əliyeva: "Böyüklər arasında da Avropa və dünya çempionu olmaq istəyirəm"

08 Mar 2026 14:10 4 baxış
IMG

Azərbaycanın qadınlardan ibarət güləş millisinin lideri, U-23 dünya və Avropa çempionu Jalə Əliyeva böyüklər arasında da Avropa, dünya və olimpiya çempionu olmaq istəyir.

"Report" xəbər verir ki, güləşçi bu barədə Azərbaycan Güləş Federasiyası tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hazırlanan videomaterialda danışıb.

O, güləş karyerasına necə başladığından, üzləşdiyi çətinliklərdən, qazandığı uğurlardan və gələcək hədəflərindən bəhs edib.

"2022-ci ildə U-23 Avropa çempionu oldum. Bu yarış mənə çox motivasiya verdi. Qarşıma məqsəd qoymuşdum ki, dünya çempionu olmalıyam. 2024-cü ildə U-23 dünya çempionu olarkən çəkdiyim əziyyətlər, aldığım zədələr yadıma düşmürdü. Həmin an özümü göylərdə hiss edirdim. Bayrağın dalğalanması, himnin səslənməsi… Özümü çox xoşbəxt hiss edirdim", - o qeyd edib.

J. Əliyeva bildirib ki, əldə etdiyi nəticələrlə kifayətlənmək niyyətində deyil:

"Böyüklər arasında da Avropa və dünya çempionu, həmçinin olimpiya çempionu olmaq istəyirəm. Gələcək nəsilə örnək olmaq istəyirəm. Əlimdən gələni edəcəyəm ki, Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edim".

Daha ətraflı videoda:

Jalə Əliyeva: "Böyüklər arasında da Avropa və dünya çempionu olmaq istəyirəm"

Xəbər lenti