IMG-LOGO

Qar düşəcək, yağış yağacaq - SABAHIN HAVASI

08 Mar 2026 12:22 4 baxış
IMG
0 0

Martın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq.

Hava proqnozu

Xəbər lenti