IMG-LOGO

Britni Spirs həbsindən sonra açıqlama verdi: müğənni nə dedi?

08 Mar 2026 10:04 6 baxış
IMG
0 0

2000-ci illərin əvvəllərinin ən məşhur ulduzlarından biri olan amerikalı pop müğənnisi, rəqqasə və aktrisa Britni Spirs Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edildikdən sonra "yaxşı" olduğunu bildirib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, bunu uzun müddətdir dostu və keçmiş köməkçisi Şon Filippeyə onun "Good Morning Britain" verilişindəki açıqlamasına istinadən bildirib.

"O, yazıb: “Yaxşıyam, hər şey qaydasındadır”. Mən soruşdum: “Bu barədə söyləsəm, etiraz edərsənmi?” O cavab verdi:  “Bəli, əlbəttə, söylə”.

O, Britni ilə ara-sıra, hətta hər gün ünsiyyət qurduqlarını söyləyib. Şon vəziyyətin daha ciddi bir şeyə çevrilməyəcəyinə əminliyini bildirib.

"Bu, onun xarakterində deyil. O, zərər verəcək tip deyil. O, indiyə qədər tanış olduğum ən güclü qadınlardan biridir. O, sadəcə irəliləməyə davam edir".

Məlum olduğu kimi, həbsdən sonra müğənninin nümayəndəsi Britninin "düzgün addımlar atmaq və qanuna riayət etmək niyyətində olduğunu" bildirib:

"Bu, heç bir bəhanəsi olmayan xoşagəlməz bir hadisə idi. Ümid edirik ki, o, bu çətin dövrdə ehtiyac duyduğu köməyi və dəstəyi ala biləcək".

Onun sğzlərinə görə, Britninin keçmiş əri Kevin Federlaynla birlikdə oğulları - 20 yaşlı Şon Preston və 19 yaşlı Ceyden Ceyms - bu dövrdə "onunla vaxt keçirəcəklər".

"Ailəsi, həyatını yenidən yoluna qoymağa və rifahını təmin etməyə kömək etmək üçün çoxdan ehtiyac duyulan bir plan hazırlamaq üzərində işləyir", - nümayəndə əlavə edib.

Xatırladaq ki, Britni Spirs bu yaxınlarda sərxoş vəziyyətdə avtomobil sürərkən həbs edilib.  

Britni Spirs müğənni

Xəbər lenti