IMG-LOGO

Ağ Ev İranın təhdidlərlə bağlı təhlükəsizlik bülleteninin yayımını dayandırıb

08 Mar 2026 06:43 3 baxış
IMG

Ağ Ev, ən azı indilik, İranla münaqişə fonunda ABŞ-a qarşı artan təhdid barədə xəbərdarlıq edən federal təhlükəsizlik bülleteninin yayımlanmasını dayandırıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndəsi "Reuters" agentliyinə bildirib.

Qeyd olunub ki, FTB, ABŞ Daxili Təhlükəsizlik Departamenti və Milli Terrorla Mübarizə Mərkəzi tərəfindən hazırlanan bülleten ştat və yerli hüquq-mühafizə orqanları üçün nəzərdə tutulub.

Tramp administrasiyası təqdim olunan məlumatların dəqiqliyini təmin etmək üçün bir agentliyə onun dərhal yayımlanmasını müvəqqəti olaraq təxirə salmağı tapşırıb. Hesabata görə, Daxili Təhlükəsizlik Departamentinin kəşfiyyat və təhlili tərəfindən hazırlanmış xəbərdarlıq kifayət qədər analitik dərinliyə malik olmayıb və zəif yazılıb.

"The Daily Mail" qəzeti isə öz növbəsində bildirib ki, Ağ Ev İranın proksi qruplarının ABŞ torpağına necə hücumlar həyata keçirə biləcəyi barədə konkret məlumatlar olan bülletenin dərc olunmasını bloklayıb.

Xəbər lenti