Kanadanın Baş naziri Mark Karni dünən ölkənin ən böyük şəhəri olan Torontoda iki sinaqoqda baş verən atışmaları pisləyərək onları "cinayətkar antisemit hücumlar" adlandırıb.
"Report" xəbər verir ki, bu barədə Karni "X" sosial şəbəkəsində yazıb.
Qeyd olunur ki, gecə yarısından sonra iki sinaqoqa atəş açılıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur və istintaq davam edir. Bu həftənin əvvəlində Şimali Yorkdakı "Temple Emanu-El" sinaqoqu da hücuma məruz qalıb.
"Bu cinayətkar antisemit hücumlar yəhudi kanadalıların təhlükəsiz yaşamaq və ibadət etmək hüququna qarşı hücumdur. Bunlar həmçinin Kanada həyat tərzinin köklü şəkildə pozulmasını təmsil edir. Kanada Kral Atlı Polisi də daxil olmaqla, federal qurumlar, bu cinayətlərdə məsul olanları müəyyən etmək və onları qanunun tam həddinə çatdırmaq üçün hüquq-mühafizə orqanlarını dəstəkləmək üçün bütün resursları səfərbər edirlər", - deyə Kanada Baş naziri yazıb.