IMG-LOGO

Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib

07 Mar 2026 17:45 6 baxış
IMG

Sankt-Peterburqda (Rusiya) yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, alov 21 kvadratmetr sahəni əhatə edib.

Yanğının söndürülməsinə dörd texnika və 19 yanğınsöndürən cəlb olunub və 20 dəqiqədən az müddətdə söndürülüb.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

Bildirilib ki, Rosqvardiya əməkdaşları hadisədən az sonra yanğını törədən şübhəlini saxlayıblar.

Xəbər lenti