IMG-LOGO

Tramp: İranın təslim olması döyüş potensialını itirdikdə mümkündür

07 Mar 2026 01:48 5 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İranın qeyd-şərtsiz təslim olması İslam Respublikası döyüş potensialını tamamilə itirdikdə baş verə bilər.

"Report"un məlumatına görə, ABŞ lideri bunu "Axios"a müsahibəsində bildirib.

"Qeyd-şərtsiz təslim olma İran tərəfi bunu elan etdikdə baş verə bilər. Lakin bu, artıq müharibə apara bilmədikləri zaman da baş verə bilər, çünki onlarda döyüşəcək heç kim və ya heç nə qalmayıb", - Vaşinqton administrasiyasının rəhbəri bildirib.

Beləliklə, o, "Truth Social"dakı yazısını İrandan "qeyd-şərtsiz təslim olma" tələbi ilə izah edib.

Xəbər lenti