İsrail hərbçiləri İran ərazisindən növbəti raket buraxılışını qeydə aldıqlarını və onları zərərsizləşdirməyə başladıqlarını bildiriblər.
"Report" xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidmətinin bəyanatında bildirilib.
"İsrail Müdafiə Ordusu İrandan ölkə ərazisi istiqamətinə raket atışını qeydə alıb", - məlumatda qeyd olunub.
Əlavə edilib ki, hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirir.