Azərbaycan Basketbol Liqasında (ABL) XVIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Naxçıvan" bu gün "Lənkəran" komandası ilə üz-üzə gəlib.
Sərhədçi İdman Mərkəzindəki qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 104:73.
Naxçıvan təmsilçisi B qrupunda 30 xalla ikinci pillədə qərarlaşıb. "Lənkəran" isə 21 xalla sonuncu - altıncıdır.
Qeyd edək ki, tura martın 8-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67) məğlub edib.