IMG-LOGO

Nəvaf Salam: Livan uçuruma yuvarlanır və ona zorla sırınan müharibəyə sürüklənir

06 Mar 2026 18:28 5 baxış
IMG

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin daha dərin uçuruma yuvarlandığını, axtarmadığı və seçmədiyi münaqişəyə sürükləndiyini bəyan edib.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, o, bunu ərəb ölkələri və digər dövlətlərin səfirləri ilə görüşdə bildirib.

"Livan təhlükəli və ağır bir dövrdən keçir. Ölkəmiz istəmədiyimiz və seçmədiyimiz dağıdıcı müharibəyə sürüklənib. Bu, bizə kənardan zorla sırıdıqları müharibədir. Livan hökumətinin prioriteti bu müharibəni dayandırmaqdır. Borcumuz ölkəmizi və xalqımızı qorumaqdır. Bu gün Livan uçurumun getdikcə daha dərinliklərinə yuvarlanır. Biz birliyə və məsuliyyətə çağırış etməyə davam edirik", - baş nazir qeyd edib.

Nəvaf Salamın sözlərinə görə, Livan vətəndaşlarının ölkənin cənubundan və Beyrutun cənub ərazilərindən zorla köçürülməsinin miqyası böyükdür.

"Vəziyyət ciddi, məsuliyyətimiz böyükdür. Bu köçürülmənin humanitar və siyasi səviyyələrdə misli görünməmiş nəticələri ola bilər. Humanitar fəlakət yaxınlaşır", - o vurğulayıb.

Xəbər lenti