BP şirkəti bu ilin yayında "Azəri-Çıraq-Günəşli" yataqlar blokundakı dərin laylarda yerləşən qaz ehtiyatlarının hasilatına başlamağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bu gün keçirilən mətbuat konfransında bildirib.
"Biz bu yay AÇG-də dərin laylardan qaz hasilatına başlamağı planlaşdırırıq", - o qeyd edib.
C.Kristofoli deyib ki, dərin laylarda çıxarıla bilən qaz ehtiyatları 4 milyard kubmetr həcmində qiymətləndirilir.