IMG-LOGO

Türkiyə Kubokunun formatı 2026/2027 mövsümündən dəyişdirilir

06 Mar 2026 16:36 6 baxış
IMG

Futbol üzrə Türkiyə Kubokunun oyun formatında dəyişiklik edilir.

"Report" xəbər verir ki, bu qərar Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclasında qəbul olunub.

Turnir 2026/2027 mövsümündən etibarən pley-off sisteminə keçid edəcək.

Yeni formatda əvvəlcə beş təsnifat mərhələsi keçiriləcək. Bunun ardınca 1/8 final, 1/4 final, yarımfinal və final oyunları təşkil olunacaq.

Yalnız yarımfinal mərhələsi iki matçdan ibarət formatda reallaşdırılacaq.

Qeyd edək ki, Türkiyə Kubokunun cari mövsümündə təsnifat görüşlərinin ardından qrup mərhələsi başlayıb. Daha sonra komandalar 1/4 finala yüksəliblər.

Xəbər lenti