Ötən il icbari tibbi sığorta hesabına 63 572 doğuş və qeysəriyyə əməliyyatı həyata keçirilib.
Bu barədə "Report"a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci il ərzində icbari tibbi sığorta hesabına qadınlara ümumilikdə 5 446 216 sayda ginekoloji tibbi xidmət göstərilib.
Bundan başqa, ötən il ginekoloji əməliyyatların sayı isə 170 770 olub. İlkin tibbi sanitariya yardımı çərçivəsində profilaktik baxışlar və reproduktiv sağlamlığın mühafizəsi, ana ölümü və perinatal xəstəliklərin profilaktikası haqqında əhalinin sanitar mədəniyyətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, tibbi göstərişə əsasən ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, digər diaqnostik prosedurlar vasitəsilə bir sıra xəstəliklər erkən mərhələdə aşkarlanaraq müvafiq müalicəyə cəlb edilib.
İl ərzində icbari tibbi sığorta hesabına 63 572 sayda doğuş və qeysəriyyə əməliyyatı həyata keçirilib. Doğuş zamanı və sonrakı dövrdə qadınlara göstərilən stasionar tibbi xidmətlər, istifadə olunan dərman və tibbi sərf materialları, laborator və instrumental müayinələr, həmçinin zəruri müalicə tədbirləri icbari tibbi sığorta ilə qarşılanıb.