IMG-LOGO

Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib

06 Mar 2026 15:49 5 baxış
IMG

Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, martın 15-də Naxçıvanda keçirilməsi planlaşdırılan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı aprelin 19-da təşkil olunacaq:

"Şagirdlərin nəzərinə çatdırırıq ki, imtahanda iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan təqribən bir həftə öncə Mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt yenidən "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər".

Xəbər lenti