Albaniyada yeni Nazirlər Şurasının üzvləri Prezident Bayram Beqayın qarşısında and içiblər.
"Report"un Balkan bürosu xəbər verir ki, andiçmə mərasimi Prezident Sarayında keçirilib.
Mərasimdə Albana Koçiu Baş nazirin müavini, Ferit Hoxa Avropa və xarici işlər, Besfort Lamallari daxili işlər, Ermal Nufi müdafiə, Toni Qoqu ədliyyə, Enea Karakaçi infrastruktur və energetika, Eryona İsmaili isə Parlamentlə əlaqələr üzrə dövlət naziri qisində əllərini Konstitusiyaya qoyaraq and içiblər.
Xatırladaq ki, hökumət kabinetində dəyişikliklər Baş nazir Edi Rama tərəfindən fevralın 26-da hakim partiyanın parlament qrupunun geniş iclasında təklif olunub.
Martın 4-də Prezident Bayram Beqay kabinet dəyişiklikləri ilə bağlı fərman imzalayıb və həmin dəyişikliklər daha sonra parlamentdə səs çoxluğu ilə təsdiqlənib.