IMG-LOGO

Yunanıstan Bolqarıstanı İran təhlükəsindən qorumaq üçün "Patriot" yerləşdirəcək

06 Mar 2026 15:58 5 baxış
IMG

Yunanıstan hökuməti Bolqarıstan ərazisinin əhəmiyyətli hissəsini İran tərəfindən potensial hava təhlükəsindən qorumaq üçün "Patriot" batareyasını ölkənin şimalına yerləşdirmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə Yunanıstan KİV məlumat yayıb.

Bu barədə bəyanatı Yunanıstanın müdafiə naziri Nikos Dendias bolqarıstanlı həmkarı Atanas Zapryanovla telefon danışığından sonra verib.

"Bolqarıstan tərəfinin müvafiq sorğusuna əsasən, Yunanıstan Bolqarıstanın müdafiəsi üçün vasitələr və heyət göndərəcək", – Yunanıstan Müdafiə Nazirliyinin rəhbəri bildirib.

"Patriot" batareyasından başqa, Yunanıstan Bolqarıstanın əlavə mühafizəsini təmin etmək üçün iki F-16 qırıcısını öz ərazisinin şimalına yerləşdirəcək, həmçinin Hərbi Hava Qüvvələrinin iki yüksək rütbəli zabitini Bolqarıstan Silahlı Qüvvələrinin Sofiyadakı əməliyyat mərkəzinə göndərəcək.

Xəbər lenti