IMG-LOGO

Nazir: Moldovalı həmkarımla Yaxın Şərqdəki vəziyyəti qiymətləndirdik

06 Mar 2026 13:22 6 baxış
IMG

Moldovalı həmkarımla Yaxın Şərqdəki vəziyyəti qiymətləndirdik.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.

"Moldova Azərbaycanın iqlim diplomatiyasında bir çox təşəbbüslərinə fəal şəkildə qoşulub. Bugünkü müzakirəmizdə qonşu ölkələrlə bağlı proseslər barədə də məlumatlandırdım. Ermənistan-Azərbaycan münasibətləri, gözləntimiz barədə də həmkarıma məlumat verdim. Eləcə də Qarabağda bərpa-quruculuq və insanların qayıdışı məsələləri barədə də fikir mübadiləsi apardıq", - C.Bayramov bildirib.

"Eyni zamanda Yaxın Şərqdəki vəziyyəti də qiymətləndirdik. Dünən İran tərəfindən Naxçıvan istiqamətində edilən dron hücumları, 4 Azərbaycan vətəndaşının xəsarət alması ilə bağlı da ona məlumat verdim", - XİN rəhbəri vurğulayıb.

Xəbər lenti