IMG-LOGO

Moldova XİN rəhbəri Ceyhun Bayramovu Kişineuya dəvət edib

06 Mar 2026 13:38 7 baxış
IMG

Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu öz ölkəsinə səfərə dəvət edib.

"Report"un məlumatına görə, bunu Moldova baş nazirinin müavini Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Bakıda səmimi qəbula görə sizə minnətdarlığımı bildirirəm. Bu gün bir sıra mühüm məsələləri müzakirə edə bildik. Bir daha sizin üçün əlverişli vaxtda Moldovaya səfərə dəvət etmək istərdim. Mayda nazirlər səviyyəsində görüşdə Kişineuda Azərbaycan nümayəndə heyətini salamlamaq mənim üçün şərəf olacaq", - o deyib.

Xəbər lenti