IMG-LOGO

Azərbaycan Aİ ilə birgə layihələrin icrasını müzakirə edib

06 Mar 2026 12:52 5 baxış
IMG

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında birgə layihələrin icrası müzakirə olunub.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kirali arasındakı görüşdə aparılıb.

Qeyd edilib ki, görüşdə Azərbaycan ilə Aİ arasında enerji, investisiyalar və digər istiqamətlər üzrə birgə fəaliyyətin regional inkişafa xidmət etdiyi vurğulanıb. Bildirilib ki, əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensial var.

Tərəflər Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi, eləcə də digər məsələlərə dair müzakirələr aparıblar.

Xəbər lenti