İsrail Müdafiə Ordusu Beyrutun cənubundakı Dahiyəyə 26-cı zərbə dalğasını başa çatdırıb, "Hizbullah" hərəkatının komanda mərkəzi və pilotsuz uçuş aparatları (PUA) olan anbar vurulub.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında bildirilib.
"Əməliyyat başlayandan bəri Dahiyə rayonunda 26 zərbə dalğası həyata keçirilib. İsrail Müdafiə Ordusu gecə saatlarında "Hizbullah"ın komanda mərkəzlərinə və Beyrutda "Hizbullah"ın hərbi infrastrukturu olan 10 binaya zərbələr endirib", - məlumatda qeyd edilib.
Bildirilib ki, gecə saatlarında həyata keçirilən hücum zamanı "Hizbullah"ın İcraiyyə Şurasının komanda məntəqəsi və PUA-larının saxlanıldığı anbarı vurulub.