IMG-LOGO

Azərbaycan Basketbol Liqası: "Sərhədçi" "Ordu"nu məğlub edib

05 Mar 2026 22:18 4 baxış
IMG

Azərbaycan Basketbol Liqasının XVIII turunda "Sərhədçi" "Ordu" ilə üz-üzə gəlib.

"Report" xəbər verir ki, qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutub.

Görüş "Sərhədçi"nin 70:67 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, turun bu gün baş tutan açılış matçında "Sumqayıt" səfərdə "Qubanı" 117:116 hesabı ilə məğlub edib. XVIII tura martın 8-də yekun vurulacaq.

Xəbər lenti