IMG-LOGO

Naxçıvan iqtisadiyyatı 4 %-ə yaxın böyüyüb

21 Jan 2026 14:37 2 baxış
IMG

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 1 milyard 709,4 milyon manat dəyərində ümumi daxili məhsul istehsal olunub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə real ifadədə 3,8 % çoxdur.

Bundan başqa, məlumata görə, ötən il muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri əvvəlki ilə nisbətən 4 % artaraq 1 milyard 366,3 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 0,3 % artaraq 198,5 milyon manat olub.

Xəbər lenti