Bazar ertəsindən bəri İsrail zərbələri nəticəsində 102 nəfər ölüb, 638 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Livan Milli İnformasiya Agentliyi (NNA) Səhiyyə Nazirliyinin son məlumatlarına istinadən məlumat yayıb.
Qurumda ölənlərin sayının artacağı da istisna edilməyib.
15:10
İsrailin Livana hücumları nəticəsində dörd gün ərzində 77 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin məlumatında deyilir.
"İsrailin zərbələri nəticəsində ölkədə bazar ertəsindən etibarən ümumilikdə 77 nəfər həlak olub, 527 nəfər yaralanıb. Daha əvvəl xəbər verdiyimiz kimi, bu gün hücumlar nəticəsində ən azı səkkiz nəfər, o cümlədən cənubdakı Kfar-Təbnit kəndində bir ailənin dörd üzvü öldürülüb", - məlumatda qeyd olunub.
14:25
İsrailin hücumu nəticəsində Livanda həlak olanların sayı 8 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Livanın milli informasiya agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Livanın şərqindəki Zahle şəhəri yaxınlığında avtomobilə edilən hücum nəticəsində iki nəfər həlak olub, beləliklə, həlak olanların sayı səkkizə yüksəlib.
Bundan başqa, sonuncu hücum nəticəsində iki nəfər yaralanıb.