Keçmiş milli futbolçu Sabri Sarıoğlunun həyat yoldaşı Yağmur Sarıoğlu bir hava yolu şirkətində kapitan pilot kimi işə başlayıb və əri ilə birlikdə ABŞ-a uçuş edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, keçmiş milli futbolçu Sabri Sarıoğlunun həyat yoldaşı Yağmur Sarıoğlu aviasiya karyerasında mühüm bir addım atıb. Yağmur Sarıoğlunun bir hava yolu şirkətində kapitan pilot kimi işə başladığı öyrənilib.
Uzun müddət pilot kimi çalışan Yağmur Sarıoğlu, kapitan pilot titulunu alaraq karyerasında yeni bir mərhələyə qədəm qoyub. Bildirilib ki, Sarıoğlu işlədiyi aviaşirkətdə kapitan pilot kimi uçmağa başlayıb.
Yağmur Sarıoğlunun ABŞ-a ilk uçuşlarından birini əri Sabri Sarıoğlu ilə birlikdə etdiyi bildirilir. Cütlüyün birlikdə uçuşu sosial mediada da diqqət çəkib.
Sabri Sarıoğlu keçmiş futbolçu Yağmur Sarıoğlu


